ABŞ-ın “Newsweek” jurnalı prezidenti Donald Trampı
Türkiyə ilə bağlı xəbərdar edib.
Publika.az xəbər verir ki, nəşr Vaşinqton və Ankara
arasında baş verən böhranın Türkiyəni Rusiyaya yaxınlaşdırdığını
yazıb.
“Türkiyə NATO-nun ən böyük hərbi güclərindən biridir. Vaşinqtonun
illərdir Yaxın Şərqdə ən önəmli müttəfiqlərinin başında dayanır.
Son dövrlər baş verən proseslər Türkiyəni Rusiyaya yaxınlaşdırır”,
- deyə məqalədə bildirilir.
Amerikalı analitiklər nəşrə bildiriblər ki, Trampın polad və
alüminiuma vergi qoyması Rusiyanın bu boşluğu doldurmasına səbəb
olacaq. Xüsusilə Türkiyə, Rusiya və Çin arasında milli valyuta ilə
ticarət genişlənəcək.
“Newsweek” Türkiyənin Rusiya ilə yaxınlaşmasının Moskvanın NATO-nu
zəiflətməsinə yeni imkanlar açacağını da qeyd edib.
Asif