Türkiyənin ikinci Ağır Cinayətlər Məhkəməsi amerikalı
rahib Endryu Brunsonla bağlı qərar verib.
Publika.az xəbər verir ki, məhkəmə Brunsonun ev həbsinə
etirazını qəbul etməyib və aşağı instansiya məhkəməsinin qərarını
qüvvədə saxlayıb.
Türkiyənin İzmir şəhərində ev həbsində saxlanılan rahibin vəkili
İsmayıl Cem Halavurt məhkəməyə etiraz ərizəsinə Endryu Bransonun
Türkiyəni tərk etməsi maddəsini də əlavə edib.
Qeyd edək ki, rahib Brunson Türkiyədə FETÖ və PKK terror
təşkilatlarına dəstək ittihamı ilə həbs olunub. Əvvəlcə həbsxanada
olan rahibin cəzası sonradan ev həbsinə dəyişdirilir. Rahibin
həbsindən sonra ABŞ Türkiyəyə qarşı iqtisadi müharibə elan edib.
Vaşinqton rahibin təcili şəkildə azad edilməsini tələb edir,
Türkiyə isə buna qarşı çıxaraq, məsələnin daxili işi olduğunu
bildirir. Brunson haqqında qərarın dəyişdirilməməsi ABŞ-Türkiyə
müharibəsinin daha da qızışacağı ehtimalını gücləndirir.
Asif