Türkiyədə tələbələri Uludağa ekskursiyaya aparan avtobusun aşması hadisəsində maraqlı faktlar ortaya çıxıb.

Milli.Az modern.az-a istinadən bildirir ki, 1 nəfərin ölümü və 38 nəfərin yaralanmasına səbəb olan qəzanı sürücünün qəsdən törətdiyi ortaya çıxıb.

Dəhşətli qəzada avtobusun yan üstə aşdığı məlum olub.

"Əgər aşırtmasaydım aşağı düşəcəkdik" - sürücü ilk ifadəsində bunları söyləyib.

Onun sözlərinə görə əyləclərdə yaranan problemə görə avtobusu dayandırmaq üçün aşırıb.

Qeyd edək ki, hadisə nəticəsində 20 yaşındakı tələbə Talha Erbil həyatını itirib.

Milli.Az