"Taliban" radikal hərəkatının döyüşçüləri Əfqanıstanın Baqlan vilayətində hərbi bazaya hücum ediblər.

Çərşənbə gününə keçən gecə təşkil edilən hücum nəticəsində Əfqanıstan təhlükəsizlik qüvvələrinin ən azı 45 əməkdaşı həlak olub.

Hüquq-mühafizə orqanları faktı təsdiqləyib.

Qeyd edək ki, ötən gün taliblər Fəryab vilayətindəki hərbi bazanı ələ keçiriblər. Atışma zamanı 17 əfqan hərbçi ölüb, 12-si yaralanıb.