"Real"ın yarımmüdafiəçisi Luka Modriçin meneceri Marko Naletiliç futbolçusunun "İnter"ə mümkün keçidi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, xorvatiyalı oyunçunun İtaliya klubuna getməkdə maraqlı olduğunu söyləyib:

"Modriç "İnter"ə keçmək barədə sadəcə düşünmürdü. Bu komandada vacib rol almaq ona cəlbedici gəlmişdi. Düşünürəm ki, Luka gec-tez İtaliyada oynayacaq. Çünki o, A Seriyasının oyunları ilə böyüyüb".

Qeyd edək ki, "İnter"ə keçmək üçün "Real"ın prezidenti Florentino Peresdən icazə istəsə də, o, aparıcı futbolçusunu buraxmamışdı.

Milli.Az