Ukrayna Premyer Liqasında 4-cü turun oyunları davam edir.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, milli komandamızın müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi "Aleksandriya" klubu doğma meydanda Kiyev "Arsenal"ını qəbul edib. Görüş həmyerlimizin komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətində meydana çıxan P. Paşayev 90 dəqiqəni əvəzlənmədən keçirib.
Qeyd edək ki, 4 turdan sonra maksimum nəticə göstərən "Aleksandriya" 12 xalla turnir cədvəlinə başçılıq edir.
Milli.Az