Bu gün Premyer Liqada birinci turun daha iki oyunu keçiriləcək.
Publika.az xəbər verir ki, "Qəbələ" doğma meydanda "Səbail"i qəbul edəcək. Bu, komandalar arasında 7-ci duel olacaq.
Turun digər görüşündə Topaz Premyer Liqanın debütantı "Sabah" "Keşlə"nin qonağı olacaq.
Qeyd edək ki, avqustun 10-u nəzərdə tutulan "Qarabağ" - "Zirə" matçı Ağdam təmsilçisinin Çempionlar Liqasında çıxışına görə 26 sentyabr tarixinə təxirə salınıb.
Premyer Liqa
12 avqust
19:00. "Qəbələ” – "Səbail”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov
Qəbələ şəhər stadionu
21:00. "Keşlə” – "Sabah”
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, İsgəndər Əliyev, Ramil Diniyev
Bakı, "ASK Arena”.