Tarixində ilk dəfə minifutbol üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisi bu gün səhər saatlarında çempionatın keçiriləcəyi Kiyev şəhərinə çatıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, daha sonra "Premyer Rus" otelində məskunlaşan yığma üzvləri günün ikinci yarısında Kiyevdə ilk məşqinə çıxıb.

Xatırladaq ki, Azərbaycan millisi ilk matçını sabah Bakı vaxtı ilə 19:00-da Macarıstan yığmasına qarşı keçirəcək.

Milli.Az