Beşiktaş klubu İngiltərənin Arsenal komandasının və Kolumbiya yığmasının qapıçısı David Ospinanı heyətinə qatmağa yaxındır. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Sky Sports"un verdiyi xəbərə görə, İstanbul təmsilçisi 30 yaşlı qolkiperlə bu barədə razılıq əldə edib.

Qeyd edək ki, Arsenal rəhbərliyi də oyunçu ilə yollarını ayırmağı planlaşdırır. Ospina 2014-cü ildən London təmsilçisində çıxış edir. 

Milli.Az