Türkiyə Superliqasında yeni mövsümə start verilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, turun ilk qarşılaşmasında son çempion "Qalatasaray" debütant "Ankaragücü"nün qonağı olub. Dörd qolun vurulduğu matçda İstanbul klubu qələbə qazanıb - 3:1.

Turun digər oyunları qarşıdakı iki gün ərzində keçiriləcək.

10 avqust

"Ankaragücü" - "Qalatasaray" -  1:3
Qollar:
 Əl Kabir, 7 - S.Aziz, 22. Kone, 30-öz qapısına. E.Derdiyok, 90.

Milli.Az