Son Rusiya çempionu "Lokomotiv" heyətini yeni futbolçu ilə gücləndirib.
Milli.Az xəbər verir ki, Moskva təmsilçisi "Krasnodar"ın yarımmüdafiəçisi Fyodor Smolovu transfer edib. Bu barədə klubun "twitter" səhifəsi məlumat yayıb.
"Lokomotiv" Rusiya millisinin üzvünün transferi üçün "Krasnodar"a 9 milyon avro ödəyib. 28 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Futbolçunun illik maaşı 3,1 milyon avro olacaq.
Qeyd edək ki, Smolov 2015-ci ildən "Krasnodar"da çıxış edir. O, 75 qarşılaşmada 53 qol vurub.
Elçin Əlixan
Milli.Az