“İndoneziyanın Lombok adasında 9 avqust tarixində təkrar zəlzələ nəticəsində xəsarət alan və ya ölənlər arasında Azərbaycan Respublikasının vətəndaşının olması məsələsini araşdırmaq üçün İndoneziyadakı Səfirliyimiz bu ölkənin müvafiq qurumları ilə davamlı olaraq təmasdadır”.
Bu barədə Publika.az-a Xarixi İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib ki, zəlzələdən sonra İndoneziyadakı səfirliklə daim əlaqə saxlanılır:
“İndoneziya dövlət qurumları tərəfindən zəlzələ zonasında olan əcnəbi vətəndaşlara müvafiq yardım və dəstək göstərilir. Avqustun 6—da bu ölkədə baş vermiş zəlzələdə həlak olan və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşının olmayıb”.
Nazirlik sözçüsü onu da vurğulayıb ki, turizm və ya digər məqsədlə hal-hazırda zəlzələ zonasında olan və xüsusi yardıma ehtiyacı olan Azərbaycan Respublikası vətəndaşları +62 812 89796665 (Nəsibov Ruslan) qaynar xətti ilə ölkəmizin İndoneziyadakı səfirliyi ilə əlaqə saxlaya bilərlər”