İtaliyanın "Napoli" klubu heyətini fransız futbolçu ilə gücləndirib.

Milli.Az xəbər verir ki, A Seriyası təmsilçisi Fransanın "Lill" klubunun 27 yaşlı futbolçusu Kevin Malkuiti transfer edib. Bu barədə klubun rəsmi saytı xəbər verib. Fransalı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Neapol təmsilçisi bu keçid üçün fransızlara 9 milyon avro ödəyib.

Kevin karyerası ərzində "Monako", "Sent-Etyen" və "Lill" kimi klublarda forma geyinib. O, geridə qalan mövsümdə Fransa çempionatında meydana çıxdığı 21 qarşılaşamada 2 qol vurub.

Milli.Az