Millimizin və "Astana"nın üzvü Riçard Almeyda  Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində hazırda Zaqreb "Dinamo"su ilə keçirilən görüşdə ehtiyat oyunçular arasında yer alıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Roman Qriqorçuk bu dəfə də ona güvənməyib.

Əvəzində braziliyalı futbolçunun həmyerlisi, "Qarabağ"da da birgə oynadığı Pedro Enrike start heyətdə yer alıb.

Qeyd edək ki,  "Astana" - "Dinamo" matçı Bakı vaxtı ilə saat 18:00-da başlayıb.

Milli.Az