Azərbaycan velosipedçisi Sergey Omelçenko Şotlandiyanın Qlazqo şəhərində keçirilən Avropa çempionatında xoşagəlməz halla üzləşib.

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, Ukrayna əsilli trekçi keyrin yarışları zamanı qəzaya düşüb. Buna onun önündə gedən Macarıstan idmançısının yıxılması səbəb olub.

Nəticədə toqquşmadan qaça bilməyən Omelçenko mübarizəni dayandırıb.

Milli.Az