Niko Hülkenberq Daniel Rikkiardo "Reno"ya keçidinin komandaya müsbət təsir göstərəcəyini bildirib.
Milli.Az xəbər verir ki, Rikkiardonun "Red Bull"dan ayrılıb "Reno"ya keçməsi maraqla qarşılanmışdı.
Avstraliyalı pilotun yeni komanda yoldaşı Hülkenberq bu keçiddən məmnundur:
"Bunun uğurlu olduğuna inanıram. Bu, "Reno"nun "Mersedes", "Ferrari" və "Rede Bull"la rəqabət aparmaqda nə qədər ciddi olduğunu göstərir. Daniel möhtəşəm sürücü və hər şey edə bilən insandı. Məni gözləyən rəqabətdən qaçmağa məcbur deyiləm. Mənim üçün belə möhtəşəm komanda yoldaşına sahib olmaq yalnız müsbət təsir edə bilər".
Milli.Az