Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start veriləcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ilk oyun günündə "Qarabağ"ın matçı ilə birgə 7 qarşılaşma keçiriləcək.

Millimizin üzvü  Riçard Almeydanın çıxış etdiyi Qazaxıstanın "Astana" komandası öz meydanında Xorvatiyanın "Dinamo" klubunu qəbul edəcək. 

Türkiyə təmislçisi "Fənərbağça" isə səfərdə Portuqaliyanın "Benfika" klubu ilə üz-üzə gələcək.

7 avqust

Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları


  
18:00 "Astana" (Qazaxıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya)

21:00 "Qarabağ" (Azərbaycan) - BATE (Belarus)

21:15 "Malmö" (İsveç) / "Videoton" (Macarıstan)

21:30 "Slaviya" (Praqa, Çexiya) - "Dinamo" (Kiyev, Ukrayna)

22:00 "Standard" (Belçika) - "Ayaks" (Hollandiya)

22:30 "Srvena Zvezda" (Serbiya) / "Spartak" (Trnava, Slovakiya)

23:00 "Benfika" (Portuqaliya) / "Fənərbağça" (Türkiyə)

Milli.Az