Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə start veriləcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" da ilk oyununa çıxacaq.

Qurban Qurbanovun komandası Belarusun BATE klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" - BATE cütünün qalibi pley-off-da Hollandiyanın PSV klubu ilə qarşılaşcaq.

7 avqust

Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyun

21:00. "Qarabağ" (Azərbaycan) - BATE (Belarus)
Hakimlər:
 Andreas Ekberq, Mehmet Kulum, Stefan Hallberq, Kristofer Karlsson (hamısı İsveç)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Milli.Az