ABŞ-ın Maliyyə Nazirliyinin Türkiyəyə qarşı sanksiyaları elan etməsindən sonra iki ölkə arasında aparılan diplomatik danışıqlarda müsbət nəticə əldə edilib.
Publika.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, bu haqda diplomatik mənbələrdən bildirilib.
Mənbələrə görə, müəyyən mövzularda ilkin razılaşma təmin edilib. Məlumata görə, ilkin razılaşma əldə olunan mövzular ətrafında ətraflı müzakirələr aparmaq və prosesi daha da irəliyə aparmaq üçün Türkiyədən olan nümayəndə heyəti 2 gün ərzində Vaşinqtona gedəcək.