ABŞ Prezidenti Donald Tramp İrana qarşı tətbiq edilən sanksiyaları pozanlara qarşı sanksiya tətbiqi barədə fərman imzalayıb.
Publika.az Axar.az-a istinadən xəbər verir ki, Trampın fərmanı Ağ Ev tərəfindən yayımlanıb.
Fərmana əsasən, İranın qiymətli metallarına, enerji sektoruna, ABŞ-ın qara siyahısındakı vətəndaşlarına, nəqliyyat, gəmiqayırma və liman əməliyyatlarına dəstək verənlərə sanksiya tətbiq ediləcək.