İtaliyanın Bolonya şəhərində partlayış nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb, 84 nəfər xəsarət alıb.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, zərərçəkənlərdən 14-nün vəziyyətinin ağır vəziyyətdə olduğu bildirilir.

Qeyd edək ki, partlayış avqustun 6-da sisternli avtomobilin digər maşınlarla toqquşması nəticəsində baş verib.