"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi BATE bu gün Bakıya yola düşüb.
Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Belarus təmsilçisi ölkəmizə 20 futbolçu ilə gəlir.
Qapıçılar: Aleksey Çernıx, Anton Çiçkan, Denis Şerbitski
Müdafiəçilər: Zaxar Volkov, Maksim Volodka, Nemanya Milunoviç, Aleksey Rios, Yeqor Filipenko, Aleksandar Filipoviç, Yevgeni Yablonski
Yarımmüdafiəçilər: Dmitri Baqa, Yevgeni Berezkin, Aleksandr Qleb, Stanislav Draqun, Mirko İvaniç, İqor Staseviç
Hücumçular: Vladislav Muxamedov, Nikolay Siqneviç, Maksim Skaviş, Yasse Tuominyen
Qeyd edək ki, "Qarabağ" - BATE matçı sabah saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Elçin Əlixan
Milli.Az