Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun 18-ci mikrorayonunda yerləşən 35 saylı orta məktəbdə qeydə alınıb.Sumqayıtda orta məktəbin zirzəmisində meyit aşkar edilib
Həmin məktəbin zirzəmisində 1968-ci il təvəllüdlü Həsən Kazım oğlu Şükürovun meyidi tapılıb.
Meyidə ilkin baxış zamanı onun üzərində zorakılıq əlaməti aşkar edilməyib.
Hazırda ölümün səbəbi araşdırılır.
Milli.Az