Zəlzələ nəticəsində ölən insanların sayı 82 nəfərə çatıb. Bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Reuters" məlumat yayıb.
Təbii fəlakət nəticəsində minlərlə insan təxliyyə edilib.
***
İndoneziyanın Lombak adasında ən azı 39 nəfər güclü zəlzələ nəticəsində həlak olub.
Publika.az xəbər verir ki, bu haqda ölkənin Təbii fəlakətlərin qarşısının alınması üzrə Agentliyə istinadən DPA agentliyi bildirib.
***
İndoneziyanın Lombok adasında 7 maqnituda gücündə zəlzələ baş verib.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, yerli “Metro TV” təbii fəlakət nəticəsində ilkin məlumatlara görə, azı 16 nəfər həyatını itirib, 100-dən çox insan yaralanıb.
Ölənlər sayının artacağı istisna edilmir.
İndoneziyanın Meteorologiya, İqlim və Geofizika Təşkilatının məlumatına görə, zəlzələ ocağı Mataram şəhərindən 49 kilometr şimali-şərqdə, 7 kilometr dərinlikdə qeydə alınıb. Sunami təhlükəsi elan olunub