Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Heyəti bu gün iclas keçirəcək. ANS PRESS-in məlumatına görə, iclasda ölkənin milli valyutası- lirənin əsas faiz dərəcələri ilə bağlı müzakirələr aparacaq. Mərkəzi Bank yığıncaqda aprel ayı ilə bağlı yekun qərar qəbul edəcək.

İclasda valyuta bazarı faiz dərəcələrinə yenidən baxılacağı və dəyişikliklər ediləcəyi gözlənilir. Bununla yanaşı, toplantıda maliyyə bazarındakı sabitliyi dəstəkləcək əlavə tədbirlər üzrə də müzakirələr aparılacaq.

Türkiyə lirəsi ilin əvvəlindən bu yana dollara nisbətdə 15% ucuzlaşaraq tarixi rekorda imza atıb. Bankların da bu ucuzlaşmadan zərər görüdünü nəzərə alan baş bank təxirəsalınmaz addımlar atmaq niyyətindədir.

Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı mart ayında bazara müdaxilə etmişdi. Ancaq bu addım dolların məzənnəsinə cidddi təsir etməmişdi.

Mənbə
ANS PRESS