May və iyun ayında Yəməndə daxili toqquşmalar nəticəsində 273 dinc sakin həlak olub.

Publika.az xəbər verir ki, bu haqda BMT-yə təqdim edilən məruzədə məlumat verilib..

Məruzədə bildirlir ki, onlardan 41-i Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya güclərinin hava bombardmanı zamanı həlak olub. 70-i Husilər, 52-si soyğunçular tərəfindən öldürülüb. 85-i kimliyi bilinməyən şəxslərin açdığı atəş nəticəsində dünyasını dəyişib. 19-u minaya düşüb, 4-ü Husilərə aid həbsxanalarda verilən işgəncələrdən ölüb. 2-si isə hökumətin dəstəklədiyi güclər təörəfindən öldürülüb.

58-i uşaq, 29-u qadın olmaqla, 290 nəfər yaralanıb.