Böyük Britaniyanın aviasiya mühəndisi Ceff Rays feysbuk səhifəsində Amerikanın “F-35” beşinci nəsil qırıcısının əlavə yanacaq doldurması üzrə uğursuz cəhdlərinin kadrlarını dərc edib.

Publika.az “The Drive” portalına istinadən xəbər verir ki, görüntülər qırıcının “F-35Bs” modelinin Atlantik okeanı üzərindən ABŞ-dan Böyük Britaniyaya uçuşu zamanı qeydə alınıb.

Qırıcını Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus çoxməqsədli yanacaq dolduran “A330 Voyager” təyyarəsi müşayiət edirdi.

Nəşr Pentaqonun məruzəsinə istinad edərək qeyd edir ki, son zamanlar “F-35B” və “F-35C2 təyyarələri belə problemlə dəfələrlə rastlaşıb. Belə ki, 2014-cü ilin aprelindən 2017-ci ilin avqustuna kimi bu qırıcının modelləri 20 dəfədən çox analoji çətinliklərlə qarşılaşıb.