Yeni mövsüm öncəsi "Arsenal"ın heyətində ciddi itki baş verib.
Milli.Az xəbər verir ki, "topçular"ın müdafiəçisi Sead Kolaşinaç zədələnib. Beynəlxalq Çempionlar Kubokunda "Çelsi" ilə oyunda (1:1) zədələnən futbolçunun durumu ciddidir. Dizindən xəsarət alan 25 yaşlı oyunçu 8-10 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Kolaşinaç "Arsenal"a 2017-ci ildə "Şalke"dən transfer olub. Alman futbolçu ötən mövsüm London klubunun heyətində meydana çıxdığı 36 qarşılşamada 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Milli.Az