Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulub.
Milli.Az xəbər verir ki, dünən keçirilən matçlar ölkələrin UEFA klub reytinqində bir sıra dəyişikliklərə səbəb olub.
Azərbaycan mövqeyini qoruyub. Avropa Liqasında hər 3 təmsilçisi mübarizəni I təsnifat mərhələsində dayandıran ölkəmiz aktivindəki 18,124 xalla əvvəlki kimi 23-cüdür.
Əvəzində Azərbaycanın cədvəldəki qonşularının xal hesabı dəyişib. 24-cü pillədəki Şotlandiya xeyli yaxınlaşıb. İndi Böyük Britaniya ölkəsinin aktivində 18,000 xal var və Azərbaycandan 0,125 xal geri qalır. 22-cı sıranın sahibi İsveç isə fərqi artırıb. Skandinavlar 18,525 xala malikdir.
Milli.Az