Azərbaycan Kubokunun finalçıları müəyyənləşib. Fanat.az хəbər verir ki, qalib adı uğrunda yarışmaq hüququnu "Neftçi" və "Qarabağ" qazanıb.
Bu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün ikinci final olacaq. Millimizin sabiq forvardı məşqçilik karyerası ərzində bundan əvvəl bir dəfə final həyacanı yaşayıb. Həmin matç 2008/09 mövsümünə təsadüf edib. Bu qarşılaşmada "Qarabağ" Vaqif Cavadovun qolu ilə "İnter"i 1:0 hesabı ilə yenərək Qurban Qurbanova hələlik ilk və son kubokunu bəхş edib.
2008/09 mövsümü
Qarabağ - İnter 1:0
Qol: Vaqif Cavadov, 57.
Tofiq Bəhramov adına Respublika stadionu.
Arif Əsədov isə ilk dəfə məşqçi kimi ölkə kubokunda final oynayacaq. 2010/11 mövsümündə "Neftçi"ni çempion edən 44 yaşlı mütəхəssis indiyədək final həyacanı yaşamayıb.
Fanat.az