Eyni diaqnozla Pirallahı rayonunun “Xaşaxuna bağları” adlanan ərazidə yaşayan 15 yaşlı Orxan Əlisahib oğlu Məmmədzadə də xəstəxanaya gətirilib. Yeniyetmə həyətyanı sahədə oynayan zaman elektrik naqili qırılaraq onun üzərinə düşüb. Atası Əlisahib Məmmədzadə oğluna kömək etmək istəyərkən cərəyan onu da vurub. Xəstəxanadan verilən məlumata görə, Orxan Məmmədzadənin vəziyyəti orta ağırdır. Atası Əlisahib Məmməzadə isə ambulator müalicəyə buraxılıb.
Milli.Az