Kaxaber Txadadze "İnter"lə oyunla (2:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "İnter"in in baş məşqçisi bunları deyib: 


“Neftçi”ni finala çıxması, futbolçularımı isə yaxşı oyuna görə təbrik edirəm. Düşünürəm ki, bu gün çox sayda qol epizodu yaratdıq.  Bir qədər ustalıq səviyyəsi çatmadı. Eyni zamanda, bəxtsizlik də vardı. İlk oyundan sonra demişdim ki, “Neftçi” qələbə qazanıb və özünü rahat hiss edir. “Neftçi” ev oyununda qol buraxmadı, əvəzində 2 qol vurdu. Bütün bunlar cavab oyunu üçün üstünlük idi. Son hadisələrlə bağlı isə deyə bilərəm ki, “İnter” dağılsa, faciə olacaq. Çünki “İnter” “Neftçi” və “Qarabağ”la birgə Azərbaycan futbolunun adını yüksəldib. Ümid edirəm ki, yeni gələcək rəhbərlər bu komandaya diqqət ayıracaqlar. “İnter”i yaşatmaq onların borcudu. Çünki “İnter” Azərbaycanın öndə gedən klublarından biridi".


Fanat.az