Aydın Canıyev

... və yaxud ƏZİZ OXUCUYA təşəkkur əvəzi

Əvvəl deyirdilər gəlin ocağa gələr. Sonra da üstünü düzəltdilər: “uşaq yanında böyüdüyünün”. Əlavə edirəm – müxbir də iş yerinə çəkər, əgər...
Doğrusu, bu sətirləri yazdıran ixtisasını, sosial statusunu bilmədiyim, adını AyNur kimi yazan və dilin qrammatikasında “çevriliş” etməyiylə yox, diqqəti daha çox intellekti, savadı, dünyagörüşü, məntiqi ilə cəlb edən XANIM OXUCUdur. Üstəlik də bir ERKƏK DÖYÜŞÜ aparır – həm vətəndaşlıq, həm jurnalistika, həm də dövlətçilik prizmasından. O biri profillərlə işim yoxdur, amma özümüzlə bağlı HAQLI İRADLARINI çözməyə “köşə yazarı” statusundan yanaşıram – OXUCUNU ƏZİZ SAYARAQ.

Göydə Allah, yerdə həmkarlarım şahiddir ki, ümumiyyətlə, redaktə olunmağımı aqressiv qarşılamışam. Uzun müddət hətta çörək kəsdiklərimdən gen düşmüşəm. “Lent.az”-da bu prorblem yoxdur, indi gərək özüm xahiş edəm ki, gözdən qaçan olsa, baş redaktor məni “nəzərə alsın” - AyNur xanım həqiqətən də iddialını “sındırmaq” qədərincə “va-bank” iddialı OXUCU!

Bizdən “Söz yazın ki, SÖZ olsun, O SÖZƏ ehtiyacımız olsun” iddiasıyla DİLİN, FAKTIN DOĞRU TƏQDİMATININ əxlaqi çərçivələrdə yayımını istəyən AyNur adlı istifadəçi - OXUCU.

Mətbuata və efirə baxmaqdan “düşünən beyinləri təhqir etmək funksiyalarını yerinə yetirdiklərinə görə” imtina edib də, üz tutub elektron informasiya mənbələrinə. e-mail-lərdə münasibətinə nəzər salanda sanki “Əzrayıldan şanlı şah Abbas məktubu” (ifadə AyNura məxsusdur – çəmini özüm tapmışam) almış olursan.

İnsafən də, BÜTÜN İRAD VƏ TƏKLİFLƏRİ “desyatka”lıqdır və elə ONLUQ DA ola bilər! İnsan öz Vətəninin, dilinin, millətinin belə keşiyində DÖVLƏTÇİLİK BAXIMINDAN bir əsgər kimi durur!!!

Soljenitsın prinsiplərinə Atatürk əsgəri sədaqətiylə əməl edir: dövlətin, dilin, əxlaqın birgəyaşayış üçün müəyyən etdiyi kriteriyalar pozulursa, anında AyNur “qırıcı-bombardmançı təyyarələrlə” hücuma keçir! Fərqinə də varmır ki, ADAMIN - qarşı cəbhədəkinin hətta səngəri yoxdur!!!

Mənim ayrı sahələrdəki savaşıyla işim olmadığı kimi, ayrı həmkarlarımın da yazılarına münasibətiylə işim yoxdur!

Peşəkarlıqda məni qınamasa da (bu dəyərinə dəyər verirəm), mövzuya YANAŞMAYA, şəxsi münasibətin yazıda qabarıq təzahürlərinə (bağışlamaq olar, bəlkə də imza ona heç nə demir) və elementar, mexaniki qüsurlara düşmən gözüylə (əslində də özümüz öz yazımıza düşmən gözüylə baxmalıyıq) baxışı “taran”a hazırlıqdan xəbər verir!

İradın birincisi – müəllifin təxəllüsü əsərin adı kimi verilib. “Özünüz əsərin adını düz yazın, sonra da ədəbi gənclikdən nəsə umun”.
Üzr istənməli faktdır: nəinki oxucudan, ilk növbədə Muğannadan – İsa Hüseynovdan! Təbii ki, oxucunun heç vecinə deyil MÜƏLLİF səhlənkarlıqlarının yaşı AyNurun sinnindən bəlkə də 20 dəfə çoxdur.
İradın ikincisi – “Ququşa sevginiz onun Azərbaycana sevgisindən qat-qat artıqdır”.
Yazının faktologiyasına və peşəkarlığına irad bildirməyən OXUCUNUN SUBYEKTİV fikriylə bir halda razılaşmaq olar: MƏNİM VƏTƏNİMİ MƏNİM QƏDƏR SEVMƏYƏN SOYDAŞIMA – kimliyindən asılı olmayaraq – ATƏŞİN MƏHƏBBƏT İFADƏ OLUNMAMALIDIR!
Sevgi və rəğbət insanın doğal seçim hüququ olduğundan, üzrsüz də ötüşmək olar. Gərəkir ki, MÜƏLLİF OLARAQ nəzərə alım.

Mən bu çoxsaylı olmasa da, “sarsıdıcı məğlubiyyət zərbələri”ni çox səmimi qəbul etdim. Belə ŞƏRƏFLİ MƏĞLUBİYYƏT cığal qələbədən yaxşıdır!

Köşədə bunu etirafım isə AyNurun istifadəçi olaraq Lent.az-ı prioritet seçməsidir.

Mən intellekti, savadı, dünyagörüşü, məntiqi ilə dili, tarixi, bunların faktologiyasını təhrif edənlərə qarşı mübarizəyə hər an hazır olan OXUCUYA sayğını İŞ YERİM olmasa da, ƏMƏKDAŞLIQ ETDİYİM TƏŞKİLATIN NÜFUZUNA görə sərgiləməliyəm.

Öz payıma bunu etdim düşüncələrindən, məntiqindən, savadından gördüyüm, tanıdığım, lakin... RASTLAŞMADIĞIM ƏZİZ OXUCUNUN XATİRİNƏ.
Başqaları bu amili nəzərə alarmı, almazmı, öz işidir!

HƏMKARLARA XATIRLATMA: Azərbaycanda intellekti, dünyagörüşü olan kifayət qədər oxucu var. Onlar əgər Lent.az-ı YAXŞI BİLİB SEÇİRSƏ, biz niyə özümüzü YAXŞI statusunda oxucuya təqdim edə bilməyək? Eləcə də digər informasiya vasitələrinin aparıcı yazarları bu amili niyə nəzərə almasın?


Düşünməyə dəyər yəqin – heç kim xətrinə dəyilmiş saymasın: iradlar daha çox köşə yazarlarına olur!

P.S. Bu gün oxucu bu sözü istəyirdi: “biz sizin fikirlərinizə hörmətlə yanaşırıq”. Öz payıma yazdım – ehtiyacları bunaydı: onçün!!!

lalley-ac@mail.ru