ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavini Devid Kramer Bakıya səfəri çərçivəsində ilk görüşünü keçirib.

Lent.az-ın məlumatına görə, Amerikalı qonaq bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı, “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov, AXCP sədrinin müavini Fuad Mustafayev, Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan, keçmiş prezidentliyə namizədlər Fazil Qəzənfəroğlu, Qüdrət Həsənquliyev, Qulamhüseyn Əlibəyli, Fuad Əliyev və Hafiz Hacıyevin iştirakı ilə keçirilən görüşdə iştirak edib.

Kramer Azərbaycanda digər görüşlər də keçirəcək. Onun Azərbaycana ikigünlük səfərinin məqsədi ölkədə insan haqları və demokratiya ilə bağlı dialoqu davam etdirməkdir.