Məşhur müğənni Şakira həyat yoldaşı, “Barselona”nın müdafiəçisi Cerard Pikeyə stadionda dəstək nümayiş etdirib. Fanat.az xəbər verir ki, ulduz ana ərinin oynadığı futbol matçına iki oğlu ilə birgə qatılıb. 


Məşhur cütlüyün 3 aylıq körpəsi Saşa ilk dəfə stadionda olub. 2 yaşlı Milan və Saşa atalarının şərəfini qoruduğu forma - "qırmızı-mavi" rəngdə geyiniblər. 


Qeyd edək ki, “Barselona” həmin gün keçirilən oyunda “Valensiya”nı 2:0 hesabı ilə məğlub edib. Oyundan sonra Pike hər iki oğlunu qucağında stadiona çıxarıb.//qafqazinfo


Fanat.az