Çempionlar Liqasında "Atletiko" ilə oyunöncəsi "Real"a daha bir itki üz verib.
Metbuat.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "Malaqa" ilə görüşdə sağ dizindən zədə alan Kərim Benzema "Atletiko"ya qarşı oynaya bilməyəcək.
Daha öncə Luka Modriç və Qaret Beylin meydana çıxmayacağı açıqlanmışdı.
"Real" - "Atletiko" matçı sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.