"Mançester Siti"nin yarımmüdafiəçisi Yaya Ture komandada qala bilər.

Metbuat.az məşhur italiyalı jurnalist Tankredi Palmeriyə istinadən xəbər verir ki, ivuarlı futbolçu klub qarşısına şərt qoyub. Əgər icraçı direktor Ferran Soriano və idman direktoru Çiki Beqiristayn komandadan qovulsa, Ture "şəhərlilər"də qalacaq.

Hazırda Turenin transferi ilə bağlı "Mançester Siti" və "İnter" arasında danışıqlar davam edir. Yarımmüdafiəçi həmçinin tez-tez "neradzurrilər"in baş məşqçisi Roberto Mançini ilə əlaqə saxlayır.