Bakı, 21 aprel, Elvira Məmmədova, AZƏRTAC
Aprelin 21-də Azərbaycan Milli Elmlər Akademiyasının “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində “Mədəniyyət, kulturologiya və multikulturalizm” mövzusunda kulturoloji seminar keçirilib.
“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Azərbaycan Kulturoloqlar Cəmiyyəti ilə birgə təşkil etdiyi seminarda dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, o cümlədən elm və mədəniyyət xadimləri, tibb işçiləri, mütəxəssislər, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov “Kulturologiya və multikulturalizm: səmərəli siyasət üçün elmi metodologiyanın əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib.
Sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin vəzifələri və strukturu haqqında məlumat verilib.
Seminar çərçivəsində “Azərbaycanda multikulturalizm” mövzusunda “dəyirmi masa” təşkil olunub.