"Real"ın əvəzedici heyətini çalışdıran Zinəddin Zidan PSJ-nin "Barselona" səddini keçmək üçün şansı olduğunu düşünür. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Zidan bu barədə deyib:

"Əlbəttə, PSJ-nin səfərdə "Barselona"ya 3 qol vurması çətindir. Amma klubun buna gücü çatar. Komandanın heyətində oyunu öz üzərinə götürə bilən futbolçular çoxdur".
Qeyd edək ki, "Barselona" - PSJ matçı bu gün baş tutacaq.

Milli.Az