[ 21 Aprel 2015 14:54 ]



Zərdab. Zahid Abışov - APA. Zərdab rayonunda qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb. APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Seyidlər kəndində baş verib. Kənd sakini 1974-cü il təvəllüdlü Rza Bayramov evindən pul və qızıl-zinət əşyaları oğurlanması barədə rayon Polis Şöbəsinə məlumat verib.

 

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış-tədbirləri nəticəsində R. Bayramovun qonşusu 1990-cı il təvəllüdlü  İntiqam Məmmədov saxlanılıb. İlkin dindirmə zamanı İ. Məmmədov oğurluq etdiyini etiraf edib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.