Kişi basketbolçular arasında Avropanın ən nüfuzlu klub turniri olan Avroliqada 1/4 final mərhələsi davam edir.

Metbuat.az-ın xəbərinə görə, artıq "Dördlər finalı"nın ilk iştirakçısının kimliyinə aydınlıq gəlib. Son çempion "Makkabi"ni səfərdə də məğlub edən "Fənərbağça" tarix yazaraq son dördlüyə vəsiqəni təmin edib.

Digər görüşdə "Panatinaikos" ÇSKA-ya qalib gəlib.

"Makkabi" - "Fənərbağça" - 74:75 (overtaym)

Seriyadakı hesab - 0:3

"Panatinaikos" - ÇSKA - 86:85

Seriyadakı hesab - 1:2