"İnter"də vəziyyət get-gedə pisləşir. Fanat.az rekord.az-a istinadən xəbər verir ki, “Neftçi” ilə bugünkü kubok matçına kimi futbolçulara mart ayının maaşının veriləcəyi deyilsə də bu, baş verməyib.

 

Dünən məlum olub ki, pul olmayacaq. Bu isə futbolçular arasında böyük narazılıqla qarşılanıb. Dərd  orasındadır ki, futbolçuların problemini həll edəcək şəxs də tapılmır. Baş məşqçi Kaxaber Sxadadze deyir ki, mən də sizin kimi, 2 aydır maaş almıram. 


Klub prezidenti Georgi Nikolov isə çarəsizdi. Çünki onu bura dəvət edən Cahangir Hacıyev artıq Beynəlxalq Bankdan ayrılıb. Bolqarıstanlı prezidentin isə bankın yeni rəhbərliyi ilə tanışlığı, münasibəti yoxdu. Bir sözlə, hazırda klubda əsl anarxiya hökm sürür. Bu durumda “İnter”in “Neftçi” səddini keçəcəyi inandırıcı görünmür.


Fanat.az