Topaz Premyer Liqasının XXXI turunun oyun cədvəli açıqlanıb.

Milli.Az PFL-ə istinadən xəbər verir ki, eyni gündə baş tutacaq tura paytaxtdan kənarda baş tutacaq görüşlərlə start veriləcək.
  
Oyun gününə mərkəzi oyunla yekun vurulacaq. “Qarabağ”la “Neftçi” arasında görüş saat 19:00-da başlanacaq.
  
XXXI tur

25 aprel (şənbə)

17:00. “Xəzər Lənkəran” – “Qəbələ”

“Xəzər Lənkəran” mərkəzi stadionu

17:00. “Sumqayıt” – “Simurq”
“Kapital Bank Arena”

18:00. “İnter” – AZAL
“İnter Arena”
 
19:00. “Qarabağ” – “Neftçi”
“Bakcell Arena”

Milli.Az