[ 21 Aprel 2015 11:42 ]



Bakı. Hafiz Heydərov – APA. Bakıda daha bir avtoxuliqan həbs edilib.

 

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, aprelin 17-də saat 15:40 radələrində Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Əliyoldaş  Kamil oğlu Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış material Xəzər rayon məhkəməsinə göndərilib.

 

Məhkəmənin qərarına əsasən Ə. Əliyev İnzibati Xətalar Məcəlləsinin 296-1.1 maddəsi ilə təqsirli bilinərək 30 gün inzibati həbs cəzasına məhkum edilib.