Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı Dairəvi Yolunda qeydə alınıb.Bakıda ağır yol qəzası baş verib
1988-ci il təvəllüdlü Elvin Qürbətovun idarə etdiyi “Hyundai” markalı avtomobil 1962-ci il təvəllüdlü Aydın Allahverdiyevin idarə etdiyi “Mercedes” markalı maşınla toqquşub. Nəticədə “Hyundai” markalı maşının sürücüsü E. Qürbətov aldığı xəsarətdən hadisə yerində keçinib. Həmin maşında olan sərnişin, 1983-cü il təvəllüdlü Ramil Abbasov və digər avtomobilin sürücüsü xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az