Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq.

Metbuat.az-ın xəbərinə görə, hər iki görüş bu günə planlaşdırılıb. Günün ilk oyunu Zaqatalada keçiriləcək. Yerli komanda "Qarabağ"ı qəbul edəcək. "Simurq" finala vəsiqə qazanmaq üçün 2 top fərqi ilə qalib gəlməlidi.

İkinci qarşılaşmada isə "İnter" və "Neftçi" münasibətlərinə aydınlıq gətirəcəklər. Tərəflər arasındakı ilk görüş "ağ-qaralar"ın 2:0 hesablı üstünlüyü ilə yekunlaşmışdı. Bu səbəbdən də "İnter"in işi heç də asan olmayacaq.

18:00. “Simurq” – “Qarabağ”

(İlk oyun - 0:1) 

Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov, Munis Abdullayev 

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ömər Paşayev 

Zaqatala şəhər stadionu.

19:00. “İnter” – “Neftçi” 

(İlk oyun - 0:2) 

Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Rza Məmmədov, Namiq Hüseynov 

Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Rəhim Həsənov 

“İnter Arena”.