Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçlarının hakimləri müəyyənləşib. Fanat.az хəbər verir ki, UEFA 4 oyunu Norveç, İngiltərə, Almaniya və Şotlandiyadan olan ədalət təmsilçilərinə tapşırıb.

Sabah baş tutacaq "Barselona" - PSJ matçını norveçli FIFA referisi Svein Oddvar Moen idarə edəcək. Günün digər matçında - "Bavariya" - "Portu" görüşündə ədaləti ingilis Martin Atkinson qoruyacaq.

Aprelin 22-də keçiriləcək "Real" - "Atletiko" matçında alman Feliks Brix fit çalacaq. "Monako" - "Yuventus" oyununu isə şotland Vilyam Kollum idarə edəcək.

Çempionlar Liqası
2014/15 mövsümü
1/4 final (cavab oyunları)

21 aprel
23.45 Barselona (İspaniya) - PSJ (Fransa)
Hakimlər: Svein Oddvar Moen, Kim Tomas Haqlund, Frank Andas, Sven Erik Midtcell (Norveç).
Əlavə köməkçi hakimlər: Ken Anri Yohnsen, Svein-Erik Edvartsen (Norveç).
Barselona. "Nou Kamp" stadionu.

23.45 Bavariya (Almaniya) - Portu (Poruqaliya) 
Hakimlər: Martin Atkinson, Mixael Mullarkey, Stepan Kild, Darren England (İngiltərə).
Əlavə köməkçi hakimlər: Antoni Taylor, Krayq Pavson (İngiltərə).
Münhen. "Allianz Arena"

22 aprel
23.45 Real (İspaniya) - Atletiko (İspaniya) 
Hakimlər: Feliks Brix, Mark Borş, Stefan Lupp, Marko Akmüller (Almaniya).
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Fritz (Almaniya).
"Santiaqo Bernabeu" stadionu.

23.45 Monako (Fransa) - Yuventus (İtaliya)
Hakimlər: Vilyam Kollum, Damyen Makqrayt, Qraham Çambers, Alastair Mater (Şotlandiya).
Əlavə köməkçi hakimlər: Bobbi Madden, Kevin Klansi (Şotlandiya).
Monako. "Stade Louis II".

Fanat.az