[ 20 Aprel 2015 18:48 ]


Bakı. Fuad Cəfərov - APA. Bakıda avtodayanacaqda yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yasamal rayonunda sahibi məlum olmayan, ümumi sahəsi 450 kv.m olan birmərtəbəli avtodayanacağın yanar konstruksiyaları və içərisində müxtəlif şəxslərə məxsus 9 ədəd müxtəlif markalı avtomobil yanıb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Yanğın saat 17:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Əlavə məlumat veriləcək.