Vəhşi təbiət canlısı yaralı halda həyətə düşərək ev sahibini xeyli həyəcanlandırıb. Kəpəz TV (Region TV) xəbər verir ki, Ağstafanın Poylu kənd sakini Adil Balayev əvvəlcə bala qartalın ev quşlarına hücum etdiyini düşünsə də, ona yaxınlaşarkən canlının qanadının zədəli olduğunu görüb.

Kənd sakini yaralı olan yırtıcı quşu tutub və on günə yaxındır həyətində bəsləyir. Adil Balayev, əsasən, ətlə qidalanan quşu sağaltdıqdan sonra təbiətə buraxmaq fikirindədir.

Milli.Az