Qeyri-adi istedadı ilə görənləri təəccüblədirir.
Milli.Az Region TV-yə istinadən xəbər verir ki, 10 yaxın musiqi alətində ifa etməyi bacaran gənc rejissor Pənah Eldaroğlu öz bacarığı haqda bunları söyləyib: "Özümü həvəskar musiqiçi hesab edirəm. Uşaqlıqdan musiqiyə, musiqi alətlərində ifa etməyə marağım olub. Hal-hazırda 10-yaxın musiqi alətində ifa etməyi bacarıram. Bəzi müğənnilər mənə zəng edib deyirlər ki, təzə mahnı yazıdırıram, bir yerini gəlib musiqi aləti ilə ifa etsən sevinərəm. Həmin müğənninin adını çəkməyəcəm, amma çox tanınmış sənətçidir. Fikrim var ki, ifa etdiyim musiqi alətlərini bir araya gətirib maraqlı bir kompozisiya hazırlayım. Bu, mənim arzumdur".

Milli.Az


Videonu izləmək üçün şəkilə klikləyin.
 
фото